Qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Azərbaycan xalqı bu diyarda qədim və zəngin mədəniyyət yaratmışdır. Naxçıvan eyni zamanda dünyanın ən qədim mədəniyyət mərkəzlərindəndir. Bu torpaqda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır. «Naxçıvan» sözünün mənşəyini alimlər müxtəlif cür izah edirlər. Xalq etimologiyasına və tarixi qaynaqlara görə «Naxçıvan» «Nəqşi -cahan», yəni «dünyanın naxışı», «dünyanın bəzəyi» sözlərindən yaranmışdır. Xalq arasında geniş yayılmış digər bir rəvayətə görə «Naxçıvan» toponimi Nuh peyğəmbərlə, daha doğrusu «dünya tufanı» ilə bağlı olub «Nuhçuvan» - «Nuh tərəfdarlarının məskəni», «Nuhun diyarı» deməkdir. Nuh peyğəmbərin qəbri də Naxçıvan şəhərindədir.Naxçıvan sözü «Nakçuana/Naxçuan» - «möcüzəli və yaxşı sular diyarı», yaxud «müalicəvi mineral sular ölkəsi» kimi də izah olunur.Naxçıvan dünyanın ən qədim şəhər məskənlərindən biridir. Şərqdə və bütün dünyada ən qədim şəhərlərdən biri hesab olunur. Orta əsr tarixçisi Stefan Orbelyani Naxçıvan şəhərinin əsasının e.ə. 1539-cu ildə qoyulduğu haqda məlumat vermişdir. Sistemləşdirilmiş yazılı mənbələr, Naxçıvan ərazisindən arxeoloji qazıntılar zamanı əldə olunan arxeoloji materiallar, məşhur Gəmiqaya qayaüstü yazıları və bu ərazidəki digər abidələr bir daha sübut edir ki, Naxçıvan şəhərinin 5 min ilə yaxın yaşı vardır.
Naxçıvan
haqqında
24
Dekabr
2024
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib
Ətraflı
24
Dekabr
2024
Qazilər və ailələri üçün bayram tədbiri təşkil olunub
Ətraflı
24
Dekabr
2024
Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib
Ətraflı
24
Dekabr
2024
“Naxçıvan Muxtar Respublikası 100” adlı xalçanın təqdimatı keçirilib
Ətraflı
24
Dekabr
2024
“Araz sahilində doğan günəş” tamaşası Bakı şəhərində nümayiş olunub
Ətraflı
23
Dekabr
2024
Şəhid ailələri üçün bayram tədbiri təşkil olunub
Ətraflı
20
Dekabr
2024
Komitənin təşkil etdiyi müsabiqənin qalibləri mükafatlandırılıb
Ətraflı
14
Dekabr
2024
Komitə tərəfindən “Yüzilliyin nümunəvi ailələrini tanıyaq” layihəsi icra olunur
Ətraflı