“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamın icrasının təmin edilməsi barədə

...

“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli 4248 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə

“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli 4248 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə: 
       
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair tədbirlər planının həyata keçirilməsi ilə bağlı maliyyələşmə zərurəti yarandıqda təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 11 yanvar 2024-cü il