Naxçıvan Muxtar Respublikasının 100 illik yubiley loqotipində 100 rəqəmi Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyini ifadə edir.

...

Muxtar Respublikasının 100 illik yubiley loqotipində 100 rəqəmi Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyini ifadə edir. 100 rəqəmindəki “1” rəqəmi həm də “Möminə Xatun” abidəsini xatırladır. 100 rəqəmindəki hər iki sıfır işarələri isə abidə üzərindəki naxışları, Əcəmi ornamentlərini yada salır. Hər iki sıfır həm də dairəni xatırlatdığından irəli, hərəkətə aid simvollardır. Loqoda Azərbaycan Respublikasının Dövlət bayrağı həm müstəqil Azərbaycan Respublikasının bayrağıdır, həm də yolu yada salır, irəli getməyi göstərir. Loqonun sol aşağısında həm “Naxçıvan Muxtar Respublikası” sözləri yazılmış, həm də “1924-2024” rəqəmləri verilmişdir.