Kitablar

  • Naxçıvan türbələri

    Kitabçada Naxçıvanda türk-islam mədəniyyətinin möhtəşəm nümunələrindən olan türbələrdən bəhs olunur: Zamanəmizədək gəlib çatmış Yusif Küseyr oğlu türbəsi, Möminə Xatın türbəsi, Nuh peyğəmbərin məzarüstü türbəsi, Gülüstan türbəsi, Xanəgah Memarlıq Kompleksi, Qarabağlar Türbə Kompleksi və Naxçıvan memarlıq məktəbi ənənələrini özündə yaşadan və inkişaf etdirən Hüseyn Cavid məqbərəsi haqqında məlumat verilir. Kitabça geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

     

     

     

    4o

  • Naxçıvanın epiqrafik abidələrində görkəmli şəxsiyyətlər

    Monoqrafiyada Naxçıvan Muxtar Respublikası ərazisində indiyədək gəlib çatan müsəlman epiqrafikası abidələrinin təqdim etdiyi məlumatlar əsasında orta əsrlər zamanı Azərbaycan dövlətlərinə rəhbərlik etmiş 10 hökmdar və Naxçıvan bölgəsində yaşayıb fəaliyyət göstərmiş 97 nəfər görkəmli şəxsiyyət (dövlət xadimləri, alimlər, sənətkarlar və s.) haqqında bəhs olunur. Monoqrafiyanın materiallarından tarixçilər, doktorantlar, magistrlər və Azərbaycanın orta əsrlər dövrü tarixi ilə maraqlananlar faydalana bilərlər. 

  • Naxçıvan tarixi və abidələri

    Kitabda Azərbaycanın ayrılmaz tərkib hissəsi və dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanın tarixi işıqlandırılır. Əsərdə Naxçıvanın keçdiyi tarixi inkişaf yolu ayrı-ayrı dövrlər üzrə nəzərdən keçirilir. Kitaba əlavə olunmuş illüstrasiya materialı oxucularda həmin dövrlər haqqında daha dolğun təsəvvür yaradılmasına, Naxçıvan tarixinin daha dərindən dərk edilməsinə imkan yaradır. «Naxçıvan: tarixi və abidələri» kitabında verilən konkret və zəngin faktik material bu qədim Azərbaycan torpağına ərazi iddiaları ilə çıxış edən erməni saxtakarlarının heç bir elmi əsasa malik olmadığını sübut edir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

  • Azərbaycan Tarixi Nəsrində Naxçıvan

    Monoqrafiyadan Azərbaycan ədəbiyyatında tarixi nəsrin inkişaf yolu izlənmiş, tarix, müasir gerçəklik və yazıçı mövqeyi konteksindən yanaşaraq tarixi mövzulu roman, povest və hekayələrdə dövr, hadisələr və şəxsiyyətlər problemi tədqiq olunmuşdur. Eyni zamanda mövzusunu Naxçıvan həyatından alan və süjet xəttinin müəyyən məqamlarında Naxçıvan tarixindən bəhs edən əsərlərdə Naxçıvan tarixinin müxtəlif dövrlərinin əksi məsələləri müvafiq tarixi mənbələrlə müqayisəli şəkildə öyrənilmişdir. Kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.